top
Lənkəranda baş verən mart hadisələrinə bəhanə nə olub? - VİDEO
31 mart 2025, 01:00
- +

Lənkəranda baş verən mart hadisələrinə bəhanə nə olub? - VİDEO

1918-ci ilin mart qırğınları Lənkəran qəzasından da yan keçməyib. Rus-erməni silahlı dəstələri Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Lənkəran qəzasında da qanlı cinayətlər törədiblər. Bu hadisələr zamanı 13 lənkəranlı doğranılaraq, yeşikdə dəniz kənarında basdırılıb, kəndlər dağıdılıb, evlər qarət olunub. Öldürülənlərdən ən gəncinin 20, ən yaşlısının isə 84 yaşı olub

Cenublu.az xəbər verir ki, Lənkəran qəzasında baş verən hadisələrə bəhanə 17 mart 1918-ci ildə milyonçu Hacı Zeynəlabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya aparan “Evelina” gəmisinin səfəri olub. Məhəmməd Tağıyev Lənkəranda “Rus ruletkası” adlı oyun zamanı təsadüfi güllə yarasından həlak olur. Onun nəşini Bakıya aparan “Evelina” gəmisində şəxsi heyət müsəlmanlardan ibarət idi. Bu, bolşevikləri və erməni silahlı qruplaşmalarını narahat etdi. Gəminin 48 nəfərlik kiçik heyəti bolşevik və erməni quldurlarının Lənkərana qarşı planlarını daha da sürətləndirdi. Bu hadisə regionda erməni təcavüzünün yeni bir mərhələsinə səbəb kimi daha böyük faciələrin başlanğıcı oldu. Məhəmməd Tağıyevi dəfn edən kiçik dəstə “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idi. Gəminin körpüdən uzaqlaşmasına az qalmış silahlı bolşeviklər gəmidəki dəstənin tərksilah olunmasını tələb edib. “Evelina” heyətinin rədd cavabına isə dərhal gəmi pulemyotlardan və tüfənglərdən atəşə məruz qaldı. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər Motrosları, Eser və Menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” ilə gedən zabitlər tapşırıq alıblar ki, Lənkəranda müsəlman hərbi dəstələri ilə birlikdə Muğanda olan rus-malakan kəndlərini məhv etsinlər. Beləliklə, mart qırğınlarını Lənkəranda da törətmək üçün ermənilərin əlinə bəhanə keçdi. Ermənipərəst Şivkunovun quldur dəstəsi Lənkəranda Mirəhməd Xanın evini ələ keçirib özünə qərargah etdi. Şivkunovun quldurları kənddə silahlı dəstələrin olduğunu bəhanə edərək Lənkəranın Sütəmurdov kəndini müntəzəm olaraq bir neçə gün atəşə tutaraq yanğın və talanlar törətdilər. Qan tökülməsinin qarşısı almaq üçün 13 nəfər kənd ağsaqqalı danışıqlar üçün Şivkunovun yanına gedib atəşi dayandırmağı xahiş edirlər. Lakin Şivkunovun əmri ilə barışığa gələn ağsaqqallar girov götürülür. Sonra isə əsgərlər Sütəmurdov kəndinə hücum çəkir. Onlar kənd sakinlərində olan silahları tələb etdikdə kənd camaatı ilə əsgərlər arasında qanlı toqquşma baş verir. Kənd camaatı ilə atışmada elə ermənilərin öz əli ilə iki əsgər öldürülür. Əsgərlərin ölümünü eşidən Şivkunov girov götürülən 13 ağsaqqalın başlarının kəsilməsini əmr edir. Onların cəsədləri doğranılaraq yeşikdə dəniz kənarında basdırılır.

Kənd sakinləri isə yalnız bir neçə gün sonra bu hadisədən xəbər tuturlar və öldürülənlər yerdən çıxarılaraq kənd qəbristanlığına aparılır. Meyitlər o dərəcə qəddarlıqla doğranılır ki, onları yalnız müəyyən əlamətlərindən ayırd etmək mümkün olur.

Lənkəran qəzasında olan qırğınlar bununla yekunlaşmır. Belə ki, 1918-ci ilin mart soyqırımları vaxtı Lənkəran qəzasında 40-dan artıq kənd yandırılır, yüzlərlə dinc sakin qətlə yetirilir. Təkcə Gərmətük qəsəbəsində bir gün ərzində 70-ə qədər, Mamusta kəndində 30-a qədər, Kərgəlan kəndində 30 nəfər, Sütəmurdovda 20-dən çox, Girdəni kəndində 20-ə qədər dinc sakin öldürülür. 1918-ci ildə Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osakücə meşəsinə çəkilərək özlərinə sığınacaq tapırlar. Ara sakitləşəndən sonra isə evlərinə qayıdan sakinlər bir daha erməni vəhşiliklərinin şahidi olurlar. Öldürülülən və dənizə atılan insan cəsədlərinin üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi. Şivkunovun quldur dəstəsi erməni daşnaq qüvvələri ilə birləşərək hərbi paraxoddan Lənkəran şəhər ərazisini top atəşinə tuturlar. Nəticədə də Kiçik Bazar Məscidinin divarının bir tərəfi dağıdılır.

Gərmətük camaatı kənd ağsaqqalı Hacı Ağabalanı matroslarla danışığa göndərirlər ki, qırğın dayadırılsın. Rus dilini yaxşı bilən Hacı Ağabala ağ bayraq qaldıraraq dəniz sahilinə gəlir, lakin aparılan danışıqlar heç bir nəticə vermir. Şivkunov Gərmətük qəbristanlığında baş verən atışmada öldürülən əsgərin qatilinin tapılmayacağına qədər atəşkəsin də olmayacağını bildirir. Gərəmətük 2 gün top atəşinə tutulur. Bununla kifayətlənməyən erməni əsgərləri kənddə axtarış apararkən gizlənən 7 nəfər cavanı sorğu-sual etmədən yerindəcə güllələyirlər.

Qeyd edək ki, Şivkunovun quldur dəstəsi, əsasən də, ermənilər Lənkəran qəzasında ən hörmətli və el arasında sayılıb-seçilən ağsaqqalları ya öldürür, ya da dəhşətli işgəncəyə məruz qoyublar.

Son xəbərlər

İdman
Dünən, 17:30

"Qazandığımı investisiya etmişəm, amma bunu hansı sahəyə yatırdığımı deməyəcəyəm" - Cəbrayıl Həsənov

Bütün xəbərlər
Dünən, 16:41

İmişlidə qəza: 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
Dünən, 15:45

Neftçalada qəza: Azyaşlı ölüb

Bütün xəbərlər
Dünən, 14:36

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Bütün xəbərlər
Dünən, 12:37

Bazar gününün hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Dünən, 11:31

BDYPİ sürcülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 10:30

Lənkəranda təhlükə: Sahibsiz itlər sakinlərə hücum edir

Bütün xəbərlər
Dünən, 09:23

Bıçaqladığını boynuna aldı, sonra psixi problemi olduğunu dedi — Lənkəranda quldurluq

Bütün xəbərlər
23 yanvar 2026, 16:43

Salto vurmaqda ittiham edib döydü – Cəlilabadda hadisə

Bütün xəbərlər
23 yanvar 2026, 15:45

Bir ildə erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bütün xəbərlər
23 yanvar 2026, 14:39

Sabah şaxta olacaq - PROQNOZ

Sizi maraqlandıran
23 yanvar 2026, 13:45

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
23 yanvar 2026, 12:27

XTQ-nin 19 yaşlı qəhrəman şəhidi

Sizi maraqlandıran
23 yanvar 2026, 11:28

Boradigahda keçilməz küçə - Yağış suları həyətləri basır

Bütün xəbərlər
23 yanvar 2026, 10:28

Lənkəranda evin damından yıxılan kişi 16 gün sonra ölüb

Bütün xəbərlər
23 yanvar 2026, 09:12

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
22 yanvar 2026, 17:33

Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib

Məişət
22 yanvar 2026, 16:29

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

Məişət
22 yanvar 2026, 15:26

Sabah yollar buz bağlayacaq

Bütün xəbərlər
22 yanvar 2026, 13:49

Lənkəranda 1-ci Qarabağ müharibəsi iştirakçısının meyiti tapılıb

Bütün xəbərlər
22 yanvar 2026, 13:00

Cəlilabadda yol-nəqliyyat hadisəsi: 2 nəfər ağır xəsarət alıb

Bütün xəbərlər
22 yanvar 2026, 11:50

21 yaşlı lənkəranlı Bakıda infarktdan öldü

Sizi maraqlandıran
22 yanvar 2026, 11:05

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Bütün xəbərlər
22 yanvar 2026, 10:27

Saatlıda 6 kiloqram narkotik ələ keçirildi

Oxşar xəbərlər