top
Astarada Şah İsmayıl Xətainin namaz qıldığı məscid
13 mart 2025, 06:50
- +

Astarada Şah İsmayıl Xətainin namaz qıldığı məscid

Məhəmməd Hənəfiyyə məscidi Astara rayonunun Ərçivan kəndinin qəbiristanlığında yerləşir. İbadətgahın 500-dən çox yaşı var. Kənd sakinlərinin dediyinə görə, məscidin əsası 1499-cu ildə qoyulub.

Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətayi 1499-ci ilin avqust ayında Şirvana yürüşü zamanı Astaradan keçərkən bu məsciddə namaz qılıb. O, tərəfdarları ilə Astaranın Ərçivan kəndinə gələrək 1499-1500-cü ilin qışını burada keçirib.

Sovetlər dövründə məscid anbar kimi, hal-hazırda məscidin axundunun otağı isə kitabxana kimi istifadə olunub. Məscidin ərazisində yerləşən Hüseyniyyə binası anbar, kitabxana və idarə kimi istifadə olunub.

Məhəmməd Hənəfiyyə məscidinin divarları bişmiş kərpiclə hörülüb. Döşəməsi qırmızı kərpic, tavanı isə taxtadandır. Məscidin mehrabı sadə formaya malikdir, hündürlüyü isə 3 metrdir. Minbəri taxtadandır və yeddipilləlidir. Minbər 1984 -1985-ci illərdə düzəldilib.

1990-cı ildə bərpa işlərindən sonra məscid və Hüseyniyyə binası yenidən fəaliyyətə başlayıb. Məscid qadınlar və kişilər üçün nəzərdə tutulan şöbələrdən ibarətdir. Qadınlar şöbəsi ikimərtəbəlidir və ayrıca giriş qapısı var.

Qeyd edək ki, məscid imam Əlinin üçüncü oğlu Məhəmməd Hənəfiyyənin şərəfinə adlandırılıb.

 

 

 

Son xəbərlər

İdman
24 yanvar 2026, 17:30

"Qazandığımı investisiya etmişəm, amma bunu hansı sahəyə yatırdığımı deməyəcəyəm" - Cəbrayıl Həsənov

Bütün xəbərlər
24 yanvar 2026, 16:41

İmişlidə qəza: 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
24 yanvar 2026, 15:45

Neftçalada qəza: Azyaşlı ölüb

Bütün xəbərlər
24 yanvar 2026, 14:36

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Bütün xəbərlər
24 yanvar 2026, 12:37

Bazar gününün hava proqnozu açıqlanıb

Bütün xəbərlər
24 yanvar 2026, 11:31

BDYPİ sürcülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
24 yanvar 2026, 10:30

Lənkəranda təhlükə: Sahibsiz itlər sakinlərə hücum edir

Bütün xəbərlər
24 yanvar 2026, 09:23

Bıçaqladığını boynuna aldı, sonra psixi problemi olduğunu dedi — Lənkəranda quldurluq

Bütün xəbərlər
23 yanvar 2026, 16:43

Salto vurmaqda ittiham edib döydü – Cəlilabadda hadisə

Bütün xəbərlər
23 yanvar 2026, 15:45

Bir ildə erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bütün xəbərlər
23 yanvar 2026, 14:39

Sabah şaxta olacaq - PROQNOZ

Sizi maraqlandıran
23 yanvar 2026, 13:45

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
23 yanvar 2026, 12:27

XTQ-nin 19 yaşlı qəhrəman şəhidi

Sizi maraqlandıran
23 yanvar 2026, 11:28

Boradigahda keçilməz küçə - Yağış suları həyətləri basır

Bütün xəbərlər
23 yanvar 2026, 10:28

Lənkəranda evin damından yıxılan kişi 16 gün sonra ölüb

Bütün xəbərlər
23 yanvar 2026, 09:12

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
22 yanvar 2026, 17:33

Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib

Məişət
22 yanvar 2026, 16:29

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

Məişət
22 yanvar 2026, 15:26

Sabah yollar buz bağlayacaq

Bütün xəbərlər
22 yanvar 2026, 13:49

Lənkəranda 1-ci Qarabağ müharibəsi iştirakçısının meyiti tapılıb

Bütün xəbərlər
22 yanvar 2026, 13:00

Cəlilabadda yol-nəqliyyat hadisəsi: 2 nəfər ağır xəsarət alıb

Bütün xəbərlər
22 yanvar 2026, 11:50

21 yaşlı lənkəranlı Bakıda infarktdan öldü

Sizi maraqlandıran
22 yanvar 2026, 11:05

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Bütün xəbərlər
22 yanvar 2026, 10:27

Saatlıda 6 kiloqram narkotik ələ keçirildi

Oxşar xəbərlər