top
Ağadadaş Ağayevdən məhkəməyə ETİRAZ - VİDEO
28 noyabr 2024, 04:49
- +

Ağadadaş Ağayevdən məhkəməyə ETİRAZ - VİDEO

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Cenublu.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Ağadadaş Ağayev vəkillərin prosesə gecikməsinə görə məhkəməyə etiraz edib. Daha sonra prokuror ittiham aktını elan edib.

Xalq artisti özünü təqsirli bilməyib, ittiham aktını məntiqsiz adlandırıb və ifadə verməyə hazır olmadığını bildirib.

Xalq artistinin vəkili Asim Abbasov müvəkkilinin ifadə verməyə hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.

Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.

Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”ı Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:02

Cenublu.az işıqlandırdı – Salyanda ərazi təmizləndi

Bütün xəbərlər
Bu gün, 17:00

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı

Bütün xəbərlər
Bu gün, 15:53

Cəlilabadda 58 yaşlı kişi bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 14:40

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Bu gün, 13:49

Azərbaycanda son sutkada 5 zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 12:44

Astarada marketdə saxta məhsullar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:00

Lənkəranda ağac avtomobilin üzərinə aşıb - Xəsarət alanlar var

Bütün xəbərlər
Bu gün, 11:00

Neftçalada evdən meyit tapılıb

Bütün xəbərlər
Bu gün, 10:08

Saatlıda su kanalından 2 avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 09:24

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Dünən, 18:12

Lənkəranda tanınmış pediatr vəfat etdi

Bütün xəbərlər
Dünən, 16:16

Lənkəranda istehsal obyektində nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 15:21

DYP hava ilə əlaqədar müraciət edib

Bütün xəbərlər
Dünən, 14:26

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:25

Xəzərdə zəlzələ - Cənub bölgəsində hiss olunub

Bütün xəbərlər
Dünən, 12:26

Qanunsuz silahlar aşkarlanıb

Kriminal
Dünən, 11:29

"Anan yaşındadır, belə danışma..." deyən qonşusunu döydü

İqtisadiyyat
Dünən, 10:38

Biləsuvarda iş axtaranlar üçün fürsət

Bütün xəbərlər
Dünən, 09:37

Biləsuvarda 600 abonentin qaz təchizatı dayandırılacaq

Bütün xəbərlər
07 aprel 2026, 17:57

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bütün xəbərlər
07 aprel 2026, 16:53

Salyanda yaşayış massivində biabırçı vəziyyət

Kriminal
07 aprel 2026, 15:44

Astarada "siqaret zarafatı" dava ilə bitdi

Bütün xəbərlər
07 aprel 2026, 14:38

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
07 aprel 2026, 13:00

Lənkəranda şadlıq evində şübhəli içkilər aşkarlanıb

Oxşar xəbərlər