top
136 yaşında ata olan lerikli Şirəli babanın doğum günüdür
26 mart 2026, 11:29
- ↺ +

136 yaşında ata olan lerikli Şirəli babanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyanın qeyri-rəsmi olaraq ən uzunömürlü insanı sayılan, ömrünü Lerik rayonunun ucqar dağ kəndi Barzavuda çobanlıq etməklə keçirən Şirəli Müslümovun anadan olduğu gündür.

Şirəli Fərzəli oğlu Müslümov 26 mart 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub. O, ömrünün 150 ilini Lerik dağlarında çobanlıq etməklə keçirib. Şirəli baba 3 dəfə evlənib və 23 övladı olub. 136 yaşında 3-cü dəfə evlənən Şirəli babanın bu evlilikdən bir qızı dünyaya gəlib. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun yaşına şübhə ilə yanaşanlar da olub. Elə bu səbəbdən də o, Ginnesin rekordlar kitabına düşə bilməyib. Lakin 1993-cü ildə Rusiya, MDB və Baltikyanı ölkələrin "Möcüzə 93. Möcüzələr. Rekordlar. Nailiyyətlər" ("Диво 93. Чудеса. Рекорды. Достижения") rekordlar kitabına daxil olub.

1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. Bu film dünyanın 20-dən çox dilinə tərcümə edilib. Şirəli baba ilk dəfə 1972-ci ildə, ölümündən bir il əvvəl xəstələnib.

O, 2 sentyabr 1973-cü ildə (168 yaşında) vəfat edib. Vəfat edəndə nəvəsinin artıq 100 yaşı olub. Alimlər Şirəli babanın çox yaşamasına səbəb kimi təmiz dağ havası, gərgin olmayan həyat tərzi, qidada yağın miqdarının az olmasını göstərirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:50

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Bütün xəbərlər
Bu gün, 11:15

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Kriminal
Bu gün, 10:30

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:55

Xan Lənkəranın məşhur ziyalılarını tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 09:22

Vətən müharibəsi şəhidimizin anım günüdür

İdman
Dünən, 18:00

Dekabrda Azərbaycanda kütləvi üzgüçülük yarışı keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:10

Cənubda qazsız evlər: 526 müraciət və illərdir cavabsız qalan şikayətlər

İdman
Dünən, 16:35

Lənkəranda bədii gimnastika üzrə region birinciliyi keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Sabirabadın bu kəndində yağış yağan kimi yollar keçilməz olur - VİDEO

Kriminal
Dünən, 15:15

Evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 14:35

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Bütün xəbərlər
Dünən, 13:55

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 13:15

35 modul məktəbi istifadəyə veriləcək

Bütün xəbərlər
Dünən, 12:35

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 12:00

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

Bütün xəbərlər
Dünən, 11:15

Mərhum aktyorun qızı: "Məni niyə yetim qoydun, ata?"

Bütün xəbərlər
Dünən, 10:35

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan kişi ilə bağlı - Yeni detallar

Kriminal
Dünən, 10:00

Sevgilisini yumruqlayan cəlilabadlı məhkəməlik oldu

Bütün xəbərlər
Dünən, 09:17

Masallıdan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 17:17

Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

Bütün xəbərlər
12 noyabr 2026, 16:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
12 noyabr 2026, 16:00

Şəhid Mirağa Qasımovun xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 15:32

Aktyor Aslan Fətullayev dəfn olundu

Bütün xəbərlər
12 noyabr 2026, 15:00

Masallının bu kəndinin sakinləri yollardan şikayətçidirlər

Oxşar xəbərlər