top
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə media-tur təşkil olunub
26 fevral 2026, 17:06
- ↺ +

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə media-tur təşkil olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə media-tur təşkil olunub.

Cenublu.az xəbər verir ki, Mərkəzin direktoru Afər Kərimov media-tur iştirakçılarına mərkəz barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlət başçısı tərəfindən açılışı olan mərkəz Lənkəran-Astara iqtisadi regionu üçün böyük əhəmiyyət kəsb edən təhsil müəssisəsidir. Təhsil müəssisəsində peşə təhsilinin inkişafı ilə bağlı daha geniş imkanlar yaranacaq: "Yeni infrastruktur imkan verəcək ki, bundan sonra daha müasir ixtisasların tətbiqi həyata keçirilsin. Burada həm alternativ enerji, informasiya texnologiyaları, həm də sənaye ilə bağlı müasir ixtisaslar var".

Qeyd olunub ki, mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.

Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.

Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır.

Qeyd edək ki, fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Son xəbərlər

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Dünən, 09:37

Xəstəxana direktoru vəzifəsindən azad edildi

Bütün xəbərlər
Dünən, 09:08

Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır

Bütün xəbərlər
Dünən, 00:01

3 noyabr 2020: Vətən müharibəsinin 38-ci günü

Bütün xəbərlər
02 noyabr 2026, 17:05

Astarada fermerlər naringi sata bilmir: Qiymət 60 qəpiyə düşüb

Bütün xəbərlər
02 noyabr 2026, 16:32

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Bütün xəbərlər
02 noyabr 2026, 15:50

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Kriminal
02 noyabr 2026, 15:10

Cəlilabadda anasının evinə basqın edərək onu döyən bloqer saxlanıldı

Bütün xəbərlər
02 noyabr 2026, 14:33

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
02 noyabr 2026, 14:00

Lerikli şəhid qardaşların xatirəsi anılır

Oxşar xəbərlər