Biləsuvarda əmək yarmarkası təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, tədbir Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçiriləcək. Yarmarka aprelin 10-da, saat 10:00-dan 13:00-dək Biləsuvar şəhərinin Mərkəzi parkında baş tutacaq.
Tədbir çərçivəsində 14 müəssisə tərəfindən ümumilikdə 132 vakant iş yeri işsiz və işaxtaran şəxslərə təqdim olunacaq.
Yarmarkada iştirak etmək istəyən vətəndaşların şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri vacibdir. Həmçinin namizədlərin CV ilə qatılmaları tövsiyə olunur.