top
Ad günü şamları tammetraj sənədli filminin xüsusi nümayişləri bitdi
12 mart 2026, 11:51
- ↺ +

"Ad günü şamları" tammetraj sənədli filminin xüsusi nümayişləri bitdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Ad günü şamları" tammetraj sənədli filminin xüsusi nümayişləri bitdi.

Azərbaycan Respublikasının Gənclər Fondunun "Konstitusiya və Suverenlik ili" çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan "Ad günü şamları" tammetraj sənədli filmi və onun nümayişi layihəsinin icrası başa çatıb. Adıçəkilən filmin gənclər, yeniyetmələr üçün 4 xüsusi- qapalı nümayişi Biləsuvar rayonu Biləsuvar Gənclər evi, Xəzər rayonu Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Məktəbi, Sumqayıt şəhəri Sumqayıt Gənclər Evi, Lənkəran şəhəri Lənkəran Gənclər Mərkəzində baş tutdu.

Bu film könüllü yollandığı 2-ci Qarabağ müharibəsində məhz öz doğum günündə hər iki gözünü itirən qazi Kamran Baxşızadənin həyatından, ümidlərindən, müharibədən sonrakı həyat əzmindən və mübarizəsindən bəhs edir. Filmin hər nümayişindən sonra gənc tamaşaçılarla müzakirəsi baş tutdu. Nümayişlərin keçirilməsində əsas məqsəd gənc nəsildə vətənpərvərliyin təbliği ilə yanaşı gənc kinematoqrafçılar və onların işləri, müasir Azərbaycan kinosu ilə gənc və yeniyetmələri yaxından tanış etmək, gənc nəsildə xüsusilə sənədli kino mədəniyyətinin formalaşmasına töhvə vermək olub. Layihə öz məqsədinə 4 xüsusi nümayişlə 214 nəfər gənc tamaşaçıya filmi təqdim etməklə nail oldu. 

Filmin quruluşçu rejissoru Murad Allahverdi, produserləri Afaq Yusifli, Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy, quruluşçu operatorları Oktay Namazov, Murad Allahverdi, Afaq Yusifli, xətti produseri Elşad Rzayev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Oktay Namazov, səs rejissoru Nadir Mahmudov, koloristi Edka Kızıltepedir. 

Filmin çəkilişləri Bakı, Sumqayıt və İstanbul şəhərləri, Xızı rayonu və onun Xələnc,Qızılqazma, Baxışlı, Fındığan kəndlərində, Altıağac qəsəbəsi və s.yerlərdə baş tutmuşdur. ButaFilm istehsalı olan film həm də Azərbaycan Respublikası Kino Agentliyinin "Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin" 2025-ci il üzrə qalib iştirakçılarındandır. 

Layihə Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, ARKA-nın əməkdaşlığı, Biləsuvar rayonu Gənclər evi, Lənkəran şəhəri Gənclər Mərkəzi, Sumqayıt şəhəri Gənclər evi, Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:26

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
Bu gün, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
Dünən, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Dünən, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Dünən, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Dünən, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Dünən, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
22 oktyabr 2026, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
22 oktyabr 2026, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 oktyabr 2026, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
22 oktyabr 2026, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
22 oktyabr 2026, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
22 oktyabr 2026, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
22 oktyabr 2026, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
22 oktyabr 2026, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Oxşar xəbərlər