Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.
Cenublu.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs qohumuna məxsus mağazadan 12 min 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.