top
İrandan 88 kiloqram narkotik keçirən lənkəranlıya HÖKM
27 yanvar 2026, 15:02
- ↺ +

İrandan 88 kiloqram narkotik keçirən lənkəranlıya HÖKM

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İrandan Azərbaycana 88 kiloqram narkotik vasitə keçirən TIR sürücüsünə hökm oxunub.

Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Cavid Məlikov özünə məxsus DAF markalı yük maşını ilə beynəlxalq yükdaşıma həyata keçirməklə məşğul olub. O, bir müddət əvvəl İrana yük aparsa da, geri qayıdanda daşımaq üçün yük tapmayıb. Cavid Məlikov Lənkəranda olan Xəlil adlı digər TIR sürücüsü ilə əlaqə saxlayaraq, İrandan Azərbaycana sifarişlə yük daşımaq istədiyini bildirib. Xəlil ona Nəvid adlı İran vətəndaşının əlaqə nömrəsini verib. Bildirib ki, Nəvid İranda yükdaşıma sahəsində maklerlik edir. Cavid Nəvidlə əlaqə saxlayıb və müştəri tapacağı təqdirdə ona 290 min rus rublu ödəyəcəyinə söz verib. Nəvid həmin məbləğlə razılaşıb və onu İranda anbarlardan birinə apararaq, orada Bakıya göndəriləcək bir maşın bibər yükü olduğunu deyib. Cavid idarə etdiyi yük maşınını həmin anbara daxil edib və yük maşına yüklənilib.

Cavid Azərbaycana qayıdarkən Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən "Cənub-Astara" gömrük postunda saxlanılıb və yüklər yoxlanılıb. Yoxlama zamanı bibər yeşiklərinin arasında 154 bağlamadan ibarət ümumi çəkisi 87 kiloqram 930 qram olan narkotik vasitə olan marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb və iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs yükün içərisinə baxmayıb və orada nə olduğunu bilməyib. Araşdırmalardan sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə Cavidin günahı sübuta yetirilmədiyindən ona bəraət verilib.

Qeyd edək ki, ad və soyad şərtidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:15

Salyanda qəza: yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 11:05

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

Cəmiyyət
Bu gün, 10:35

"Instagram" və "TikTok"a girişlə bağlı problem aradan qalxıb

Bütün xəbərlər
Bu gün, 09:32

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Siyasət
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Cəmiyyət
Dünən, 18:03

Cəlilabadlı şəhidimizin anım günüdür

Cəmiyyət
Dünən, 17:27

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Dünən, 16:28

Cəlilabadın sabiq icra başçısının işi Ali Məhkəmədə

Bütün xəbərlər
Dünən, 16:06

Allahşükür Paşazadə: "Azərbaycanda hicab qadağan olunmayıb"

İdman
Dünən, 15:02

"İmişli" FK-nın baş məşqçisi ilə müqaviləyə xitam verib

Bütün xəbərlər
Dünən, 14:00

Yardımlıda alışan "Mercedes" geriyə hərəkət edərək dərəyə düşdü

Cəmiyyət
Dünən, 13:22

Salyanda magistral yolda sürücü qəfil vəfat etdi

Bütün xəbərlər
Dünən, 12:36

Astaralı ağır xəstənin pensiyası niyə kəsilib?

Bütün xəbərlər
Dünən, 11:54

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

Kriminal
Dünən, 11:12

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb

Cəmiyyət
Dünən, 10:53

Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur

Cəmiyyət
Dünən, 10:35

Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb

Bütün xəbərlər
Dünən, 09:30

Yol polisi dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi

Siyasət
Dünən, 00:05

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 18:00

Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb - Sentyabrın qiymətləri

Bütün xəbərlər
12 oktyabr 2026, 17:20

Magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 16:45

Sabah hava necə olacaq?

Bütün xəbərlər
12 oktyabr 2026, 16:10

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Kriminal
12 oktyabr 2026, 15:30

Cəlilabadda ana ölümü: həkimin cəzası ağırlaşdırıldı

Oxşar xəbərlər