Biləsuvarda evini əxlaqsız yuvasına çevirərək qadın alveri ilə məşğul olan 71 yaşlı kişi məhkəmə qarşısına çıxarılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı şəhər sakini, 1955-ci il təvəllüdlü R.Kərimov (şərti) saxlanılıb. Onun evində kənar şəxslər də aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, ailəsi Bakıda yaşayan kişi Biləsuvarda tək qaldığı evdə qonşuluqda yaşayan qadını başqa şəxslərlə görüşdürüb və bunun müqabilində 10 manat alıb.
Kişi ifadəsində qadının anasının ona borcu olduğunu, bu məsələni müzakirə etmək üçün qadını evinə dəvət etdiyini bildirib.
R.Kərimov Cinayət Məcəlləsinin 243 və 244-cü maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 3500 manat cərimə və qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib.
Mənbə: qafqazinfo.аz