Bu gün İmişlidən olan şəhid Abas Şahbazovun dünyaya göz açdığı gündür.
Abas Şahbazov 1996-cı il noyabrın 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub.
Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.