Bu gün Vətən müharibəsi şəhidimiz – Səməndər İsgəndərovun xatirəsi yad edilir.
Səməndər Vahid oğlu İsgəndərov 1996-cı il fevralın 23-də Masallı rayonunun Sərçuvar kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri Səməndər İsgəndərov Vətən müharibəsində könüllü iştirak edib. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Səməndər İsgəndərov Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 2020-ci il noyabrın 13-də Masallı rayonunun Sərçuvar kəndində torpağa tapşırılıb.
Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.