Sabirabad rayonunun Bulduq kəndində sakinlər kənddaxili yolların bərbad vəziyyətindən şikayətçidirlər.
Vətəndaşların Cenublu.az -a verdiyi məlumata görə, yağıntılı havalarda yollar palçığa çevrilərək keçilməz hala düşür. Bu isə həm sürücülərin, həm də piyadaların hərəkətini çətinləşdirir.
Şikayətçilər problemin uzun müddətdir davam etdiyini bildirərək aidiyyəti qurumlardan yolların təmir olunmasını və normal gediş-gəlişin təmin edilməsini istəyirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanıb.