Lerik rayonundan olan Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı mərhum Aslan Fətullayevin qızı onunla bağlı paylaşım edib.
Cenublu.az xəbər verir ki, aktyorun qızı Sara Əliyeva atası ilə arxiv fotolarını paylaşaraq hisslərini bölüşüb.
"Ata, məni niyə yetim qoydun, ay ata? İndi atalı olanlara mən necə baxım? Nəfəsim idin mənim, nəfəssiz qoydun məni", - deyə o, paylaşımında yazıb.
Qeyd edək ki, Aslan Fətullayev Moskvada vəfat edib. Onun nəşi dünən Lerik rayonunda doğulduğu Çayrud kəndində dəfn olunub.