"Azərişıq" ASC Masallı rayonunun Ərkivan qəsəbəsində elektrik şəbəkəsinin yenidən qurulması ilə bağlı elan etdiyi irimiqyaslı tenderə yekun vurub.
Banker.az xəbər verir ki, satınalma komissiyasının qərarına əsasən, tenderin qalibi "Smart Power" QSC seçilib.
Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi dəyəri 8 milyon 176 min 205 manat təşkil edir.