top
Ölkədə ətin qiyməti bahalaşdı
Bu gün, 14:20
- ↺ +

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda son aylarda ətin qiymətində artım müşahidə edilir. Belə ki, paytaxtda hazırda sümüklü mal ətinin kiloqramı 19 manat, sümüksüz ətin qiyməti isə 25 manatdır. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat idi.

Bəs davamlı bahalaşmanın əsas səbəbi nədir? Burada süni qiymət artımı varmı?

Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanlanıb.

Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin Siyahısı" təsdiqlənib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir:

"Eləcə də, ayrı-ayrı mal, iş və xidmətlərin qiymətlərinin formalaşması və tənzimlənməsi xüsusiyyətləri digər normativ hüquqi aktlarla müəyyənləşdirilə bilər. Digər malların qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur".

Sorğuya cavabda qeyd olunub ki, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:

"Ət məhsullarının qiymətində dəyişikliklər bazarda tələb və təklifin nisbəti, diri heyvanların tədarük qiyməti, yem və saxlanma xərcləri, kəsim və daşınma xərcləri, eləcə də digər təsərrüfat amillərinin təsiri ilə formalaşa bilər".

"Hazırda qeyd olunan bazarda rəqabəti məhdudlaşdıran davranışların mövcudluğunu təsdiq edən hal müəyyən edilməyib. Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində mahiyyəti üzrə baxıla bilər.

Agentliyə rəsmi internet səhifəsi və elektron poçt vasitəsilə müraciət etmək mümkündür", – deyə agentlikdən əlavə olunub.

Mənbə: ölkə.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:10

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Kriminal
Bu gün, 15:30

Cəlilabadda ana ölümü: həkimin cəzası ağırlaşdırıldı

İdman
Bu gün, 14:55

Nəriman Axundzadə və Toral Bayramov son turda iştirak etməyiblər

Bütün xəbərlər
Bu gün, 13:45

Baş Prokurorluq: Dövlət Xidmətinin 121 əməkdaşı barəsində hərtərəfli araşdırmalar aparılıb

İqtisadiyyat
Bu gün, 13:10

Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək

Bütün xəbərlər
Bu gün, 12:25

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

İdman
Bu gün, 12:00

Cəlilabadda gənc futbolçu öldü

Bütün xəbərlər
Bu gün, 11:30

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Kriminal
Bu gün, 11:00

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:25

FHN: Ötən həftə 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Bu gün, 09:50

Vətən müharibəsi şəhidi Əmrah Hüseynlinin ad günüdür

Kriminal
Bu gün, 09:12

Biləsuvarda toyda bıçaqlanma olub

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 00:01

Vətən Müharibəsinin xronikası: 11 oktyabr

Kriminal
10 oktyabr 2026, 17:02

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:04

Zəfərdən bir gün sonra şəhid olan lənkəranlı Şuşa fatehi

Bütün xəbərlər
10 oktyabr 2026, 14:47

Salyanda "Mercedes"lə qatar toqquşdu

Bütün xəbərlər
10 oktyabr 2026, 13:10

Lənkəranda dolu və güclü külək: aşan ağaclar evlərə ziyan vurub

Bütün xəbərlər
10 oktyabr 2026, 12:03

Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

Bütün xəbərlər
10 oktyabr 2026, 11:11

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Bütün xəbərlər
10 oktyabr 2026, 10:03

Lənkərana dolu düşüb – Ağaclar aşıb

Bütün xəbərlər
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 18:00

Lənkəranda qurumuş ağac təhlükə saçır - VİDEO

Oxşar xəbərlər