İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil olunub.
Report.аz xəbər verir ki, vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən anket məlumatları qəbul edilərək nəzərdən keçirilib.
Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.
Əmək yarmarkasında 18 müəssisə üzrə 100-yə yaxın vakansiya təqdim edilib.