Azərbaycan I Liqası təmsilçisi “Karvan” heyətini yeni futbolçu ilə gücləndirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində verir.
Belə ki, Yevlax təmsilçisi İbrahim Qədirzadə ilə anlaşıb. Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat paylaşıb.
Ötən mövsümü “Zaqatala”da keçirən futbolçu artıq “Karvan”ın oyunçusudur.
Xatırladaq ki, Qədirzadə “Xəzər Lənkəran”ın yetirməsidir.