Bu gün astaralı Vətən müharibəsi şəhidimiz -- Nadir Xəlilovun ad günüdür.
Nadir Ağadadaş oğlu Xəlilov 1984-cü il noyabrın 3-də Astara rayonunun Artupa kəndində dünyaya göz açıb.
Azərbaycan Ordusunun giziri olan Nadir Xəlilov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub.
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.