2026-cı ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.
AEM-dən Cenublu.az-a verilən məlumata görə, bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Yoxlamaların 79-u planlı, 1-i isə plandankənar olub.
Bildirilib ki, aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.2, 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.