Lənkəran rayonunun Göyşaban kəndində Şəhid Sənan Ağazadə küçəsinə məişət tullantılarının atılması sakinlərin narazılığına səbəb olub.
Cenublu.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, əraziyə gecə saatlarında avtomobillərlə zibil gətirilərək atılır, nəticədə antisanitar vəziyyət və kəskin üfunət yaranır.
Sakinlər bildirirlər ki, tullantıların olduğu əraziyə çoxlu sayda sahibsiz it və mal-qara toplaşır. Xüsusilə səhər saatlarında küçədən keçən məktəblilər üçün bu vəziyyət narahatlıq yaradır.
Vətəndaşlar ərazinin təmizlənməsini, tullantı atan şəxslərə nəzarətin gücləndirilməsini və sahibsiz itlərlə bağlı tədbir görülməsini istəyirlər.
Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.