top
Lerikli şəhid qardaşların xatirəsi anılır
Bu gün, 14:00
- ↺ +

Lerikli şəhid qardaşların xatirəsi anılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Lerikdən olan İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günüdür.

İman Məmmədzadə 14 sentyabr 1998-ci ildə, Bəhrəm Məmmədzadə isə 18 aprel 2000-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olublar. Ataları Elman Məmmədovun sözlərinə görə, İman və Bəhrəm uşaqlıqdan bir-birlərinə həm qardaş, həm də ən yaxın dost olublar. Onlar məktəbə də, idmana da həmişə birlikdə gediblər.

Vətən müharibəsi zamanı Xocavəndin Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə onların da olduğu 14 nəfərlik heyət düşmən pusqusuna düşüb. Həmin döyüşdə 11 hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb.

İlk yaralanan İman olub. Bəhrəm dərhal "jgut" çıxararaq qardaşının ayağını bağlayıb. Daha sonra İman digər ayağından da yaralanıb. Bəhrəm qardaşının vəziyyətinin ağır olduğunu görərək özünü onun qarşısına atıb və snayper gülləsi ona dəyib. Qardaşlar qəhrəmancasına şəhid olublar.

İgid şəhidlərimiz 2 noyabr tarixində torpağa tapşırılıblar. 

İman və Bəhrəm Məmmədzadə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:33

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Cəmiyyət
Bu gün, 13:20

Lənkəranda beş ailənin evi təhlükəli halda

Bütün xəbərlər
Bu gün, 12:45

Bu ay 11 gün işləməyəcəyik

Faydalı
Bu gün, 12:10

Tullantılardan gözəl modellər yaradan gəncimizi tanıyaq

Kriminal
Bu gün, 11:33

Neftçalada 86 yaşlı kişi yıxılaraq ölüb

Bütün xəbərlər
Bu gün, 11:00

25 gün meteor yağışı olacaq

Kriminal
Bu gün, 10:27

İranla sərhəddə naryada silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Kriminal
Bu gün, 09:55

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 09:19

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

2 noyabr 2020: Vətən müharibəsinin 37-ci günü

Siyasət
Dünən, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
31 oktyabr 2026, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
31 oktyabr 2026, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
31 oktyabr 2026, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
31 oktyabr 2026, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
31 oktyabr 2026, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
31 oktyabr 2026, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
31 oktyabr 2026, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
31 oktyabr 2026, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
31 oktyabr 2026, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
31 oktyabr 2026, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

Oxşar xəbərlər