03 noyabr saat 15:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılır. Qeydiyyat 18 noyabr saat 15:00-dək davam edəcək. İştirakçılar https://portal.edu.az/ platformasına daxil olaraq, "Müsabiqə və olimpiadalar" bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.
VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan və rus bölmələri ilə yanaşı, bu il ilk dəfə olaraq ingilis bölməsi üzrə təhsil alan şagirdlər də portalda müvafiq bölməni seçməklə qeydiyyatdan keçə biləcəklər. Tədris dili fərqli dillərdə olan şagirdlərə Respublika Fənn Olimpiadalarında Azərbaycan, rus və ya ingilis dillərindən birini seçərək imtahanda iştirak etmək imkanı yaradılacaq.