top
Xəzər Lənkəranın sabiq qapıçısı: Məşqçimiz etdiyim hərəkəti görərək mənə çox əsəbiləşdi
07 oktyabr 2024, 06:45
- ↺ +

"Xəzər Lənkəran"ın sabiq qapıçısı: Məşqçimiz etdiyim hərəkəti görərək mənə çox əsəbiləşdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Tarixi komandada oynamaq təklifi gələndə çox sevinmişdim. Lənkəranda futbolu çox sevirlər. Orada çox gözəl qarşılandım. Ən önəmlisi isə orada dostlar qazandım". Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə "Xəzər Lənkəran"da çıxış etmiş braziliyalı veteran qapıçı Duqlas Leyte Azərbaycanla bağlı xatirələrini bölüşərkən deyib.

O, ölkəmizdə başına gələn maraqlı hadisə barədə də danışıb: "Bir gün komanda ilə birgə hazırlıq keçirdik. Yerdə bir tikə çörək parçası gördüm və onu təpiklədim. Həmin anda qapıçılar üzrə məşqçimiz olan Hafiz Əliyev etdiyim hərəkəti görərək mənə çox əsəbiləşdi. Əvvəlcə onun mənə olan acığını anlamadım. Daha sonra çörəyin Azərbaycanda müqəddəs hesab olduğunu öyrəndim. Müsəlman ölkəsində bəzi jestlər və münasibətlər Braziliyadakı kimi qəbul olunmurdu".

Hazırda Braziliya B Seriyasında mübarizə aparan "İtuano" komandasında köməkçi işləyən D. Leyte yenidən Azərbaycana dönmək istədiyini söyləyib: "Qısa zaman olsa da, ölkənizlə bağlı xoş təəssüratlarım var. Naxçıvanda baş tutan Azərbaycan Superkubokunda "Neftçi"ni məğlub edərək kuboku qazandığımız günü heç vaxt unutmayacağam. Həmin matçda mən də əla oynamışdım. Əlbəttə, məyus olduğum matçlar da olub. Bunlardan biri Avropa Liqasında İsrailin "Makkabi" (Hayfa) komandasına doğma meydanda 0:8 hesabı ilə uduzduğumuz gecə idi. Fikrimcə, biz o hesabla məğlub olmağa layiq deyildik. Qarşılaşmadan sonra bir çox futbolçu paltardəyişmə otağında ağlayırdı. Çox pis xatirə idi".

Braziliyalı qapıçı ailəvi səbəblərə görə həmin vaxt komandadan ayrıldığını da söyləyib: "Ailəm bir müddət Bakıda yaşadı. Lakin uyğunlaşma baxımından problemlə qarşılaşdılar. Daha sonra Braziliyaya geri döndülər. Mən də onlardan ötrü darıxırdım və Azərbaycanda qalıb oynamağım alınmırdı. Bu səbəbdən “Xəzər Lənkəran”dan ayrılaraq ölkəmə qayıtdım".

Qeyd edək ki, Duqlas Leyte 2013-2014 mövsümünün birinci dövrəsində "Xəzər Lənkəran" forması geyinib.

Son xəbərlər

Kriminal
Bu gün, 11:33

Neftçalada 86 yaşlı kişi yıxılaraq ölüb

Bütün xəbərlər
Bu gün, 11:00

25 gün meteor yağışı olacaq

Kriminal
Bu gün, 10:27

İranla sərhəddə naryada silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Kriminal
Bu gün, 09:55

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 09:19

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

2 noyabr 2020: Vətən müharibəsinin 37-ci günü

Siyasət
Dünən, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
31 oktyabr 2026, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
31 oktyabr 2026, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
31 oktyabr 2026, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
31 oktyabr 2026, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
31 oktyabr 2026, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
31 oktyabr 2026, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
31 oktyabr 2026, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
31 oktyabr 2026, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
31 oktyabr 2026, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
31 oktyabr 2026, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
31 oktyabr 2026, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
31 oktyabr 2026, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Oxşar xəbərlər