Bu gün Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, şəhid Ramiq Tağıyevin doğum günüdür.
Ramiq Teymur oğlu Tağıyev 1998-ci il oktyabrın 30-da Lerik rayonunun Kəlvəz kəndində anadan olub.
O, 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətini davam etdirib.
Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ramiq Tağıyev 2020-ci il noyabrın 9-da Şuşa şəhəri uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı çoxsaylı qəlpə yaralarından şəhid olub. O, Lerik rayonunun Kəlvəz kəndində dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.