Bu gün Lerikdən olan Vətən müharibəsi şəhidi Zabil Azadlının anım günüdür.
Əsgər Zabil Azadlı 1 yanvar 1999-cu ildə Lerik rayonunun Biləvər kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 30-da şəhid olub. Zabil Azadlı Lerik rayonunda torpağa tapşırılıb.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.