Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Cenublu.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.