Cəlilabad rayonunda məktəb direktorunun saxta attestat satdığı müəyyən edilib.
Mikayıllı kənd tam orta məktəbinin direktoru 11 illik təhsil attestatını saxtalaşdıraraq 500 manata başqa şəxsə satmaqda təqsirli bilinib.
Araşdırma zamanı direktorun məktəbdə çalışan xadimənin attestatındakı ad və soyadı dəyişdirərək sənədi başqa şəxsə verdiyi məlum olub.
Məhkəmənin hökmü ilə direktor 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib. O, həmçinin 1 il müddətinə təhsil sahəsində müəyyən rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum olunub.
Mənbə: lent.аz