Bu gün “Qarabağ”' pley-off mərhələsində cavab oyunu keçirəcək.
Ağdam təmsilçisi bu gün Zaqreb "Dinamo"su ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq və ingiltərəli referi Maykl Oliver idarə edəcək. Stadionda 30 minə yaxın azarkeşin olacağı gözlənilir.
"Qarabağ" "Dinamo Zaqreb"lə səfər matçında 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki,"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində üçüncü dəfə mübarizə aparır.
"Qarabağ"ın növbəti mərhələyə çıxması üçün bu gün "Dinamo"ya 4:0 hesabı ilə qalib gəlməsi tələb olunur.