Lənkəran şəhər UGİŞM-in şahmat idman növü üzrə rapid turnirinin qalibləri müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 yanvar tarixində verir.
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir Lənkəran şəhər UGİŞM-in şahmat zalında baş tutub.
Şahmat turnirində Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və orta məktəblərin 38 şahmatçısı iştirak edib.
Qalib idmançılar Təhsil RİM-in Lənkəran şəhər UGİŞM PHŞ tərəfindən diplomla mükafatlandırılıblar.