Lerik rayonunun Soru kəndində sakinlər yol problemini özləri həll etməyə çalışırlar. Belə ki, kənd sakinləri pul toplayaraq yola mişar daşı döşəyiblər.
Cenublu.az xəbər verir ki, sakinlərin bu addımı kənddə yol probleminin həlli istiqamətində atılan məcburi təşəbbüs kimi diqqət çəkir.
Vətəndaşlar həm də bildiriblər ki, 8 şəhid verən bu kəndin içindən qaz xətti keçməsinə baxmayaraq, yaşayış məntəqəsinə təbii qaz verilməyib.