Bu gün əslən Lerikdən olan şəhidimiz Şəmistan Sadıxovun doğum günüdür.
Şəmistan Əbdülağa oğlu Sadıxov 1995-ci il noyabrın 6-da Lerik rayonunun Əvilə kəndində anadan olub.
Vətən müharibəsi zamanı Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində döyüşmüş, Laçın dəhlizinə qədər döyüş yolu keçib.
Şəmistan Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində şəhidlik zirvəsinə yüksəlib.
"Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.