Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə zamanı "MAN" markalı yük avtomobili ilə "Niva" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində "Niva"nın sürücüsünün ağır xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.