Cənub bölgəsinin komandaları üz-üzə gələcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 yanvar tarixində verir.
Region Liqasının IV turunda baş tutacaq matçlar açıqlanıb. Cədvələ əsasən, “Masallı” PFK “Ərkivan” ilə qarşılaşacaq. Oyun 7 yanvar saat 14:00-da Ərkivan stadionunda baş tutacaq.
Daha bir təmsilçimiz “Lənkəran” FK “Biləsuvar” FK-nın qonağı olacaq. Tərəflər 7 yanvar tarixində saat 15:00-da üz-üzə gələcəklər. Matç Biləsuvar rayon mərkəzi stadionunda keçiriləcək.