Masallıda yeniyetmə qızlar və oğlanlar arasında şahmat turniri təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 dekabr tarixində verir.
2 mərhələdən ibarət yarışda 14-16 yaş arası gənclər güclərini sınayıblar. Onlardan 12 nəfər müvafiq olaraq 1, 2 və 3-cü yerlərə layiq görülüblər.
Qeyd edək ki, yarış GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin və Masallı UGİŞM-in birgə təşkilatçılığı ilə keçirilib.