Masallıda Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş qızlar arasında şahmat turniri təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.
30 nəfər məktəbli şahmatçının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. Turnirdə I, II və III yerləri tutan şahmatçılara Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilib.
Yarış Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Masallı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin tərəfdaşlığı ilə baş tutub.