Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi vəfat edib.
Cenublu.az xəbər verir ki, universitetin sosial şəbəkə hesabında yayılan məlumata əsasən, dünyasını dəyişən şəxs "Beynəlxalq ticarət və logistika" ixtisasında təhsil alan Ümid Bayramlıdır.
Məlumata görə, İmişli rayonundan olan tələbə meningit xəstəliyindən əziyyət çəkib. Onun ötən gün vəfat etdiyi bildirilir. Ölümün xəstəliklə əlaqəli olduğu ehtimal edilsə də, bu barədə hələlik rəsmi təsdiq yoxdur.