Bu gün Lənkəranda anadan olan Vətən müharibəsi şəhidi Taleh İsmayılovun anım günüdür.
Taleh Səndal oğlu İsmayılov 1986-cı il noyabrın 26-da Lənkəran rayonunun Boladi kəndində anadan olub. Lənkəran rayonu N.Axundov adına Boladi kənd 1 nömrəli məktəbində təhsil alıb.
Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə 2020-ci il noyabrın 4-də qəhrəmancasına şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.