Astara rayonunda gəlin qayınanasını döyüb.
Hadisə rayonun kəndlərindən birində baş verib. 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumruq zərbələri ilə döyüb. O, daha sonra dırnaqları ilə qayınanasının üzünü cırıb.
Qayınananın şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər və gəlin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı zərərçəkmişə dəymiş ziyan ödənildiyindən və tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Mənbə: oxu.аz