Lənkəran rayonunun Göyşaban kəndində Şəhid Sənan Ağazadə küçəsində məişət tullantılarının ətrafa atılması ilə bağlı işıqlandırdığımız şikayətə rəsmi cavab verilib.
Cenublu.az-a Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ərazi mütəmadi təmizlənsə də, naməlum şəxs və ya şəxslər tərəfindən əsasən gecə saatlarında yenidən zibillənir.
Qeyd olunub ki, ərazi yerli bələdiyyə və icra hakimiyyəti başçısının ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən nəzarətə götürülüb. Həmçinin aidiyyəti xidmət idarəsinin əməkdaşları tərəfindən ərazinin təmizlənməsinə başlanılıb.
Xatırladaq ki, sakinlər ərazidə yaranan antisanitar vəziyyətdən, kəskin üfunətdən, eləcə də tullantıların ətrafına toplaşan sahibsiz itlərdən narazılıq edirdilər.