Masallıda həvəskarlar arasında minifutbol üzrə açıq rayon turnirinin qrup oyunları baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində verir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş yarış Böyük Xocavar kənd minifutbol meydançasında baş tutub. Turnirdə A qrupu üzrə oyunlar keçirilib.
Qeydə alınan nəticələr:
Kosakül – Xocavar 0:3;
Göytəpə – Xocavar gənclər 1:0;
Xocavar – Göytəpə 0:0.
Hazırda Xocavar komandası 16 xalla A qrupunda liderliyini davam etdirir.
Göytəpə komandası 13 xalla ikinci pillədə qərarlaşıb.