Masallıda "İdman Həftəsi" çərçivəsində şən startlar və müxtəlif idman növləri üzrə yarışlar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 mart tarixində verir.
Yarışlar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Z.Nəcəfov adına Masallı rayon Ərkivan qəsəbə 2 saylı tam orta məktəbində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar məktəblilər arasında baş tutub.