top
LDU-nun tələbəsi Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb
22 iyul 2024, 03:35
- ↺ +

LDU-nun tələbəsi Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi, pauerliftinq üzrə millimizin üzvü Ceyhun Mahmudov (54 kq) Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində verir.

MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançımıza Beynəlxaq Paralimpiya Komitəsindən paralimpiadada iştirak hüququ (“Bipartite”) verilib.

Qeyd edək ki, LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin V tədris ili tələbəsi Mahmudov Ceyhun Kamil oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parapauerliftinq idman növü üzrə milli komandasının 54 kq çəki dərəcəsində üzvüdür.

O, 1992-ci ildə Bakı şəhərində anadan olub. Fiziki məhdudiyyətlərinə görə, çətin də olsa, idmanla mütəmadi məşğul olub, əzmkarlığı sayəsində bir çox idman uğurlarına imza atıb. Belə ki, 29 aprel-01 may 2023 tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən parapauerliftinq idman növü üzrə dünya kubokunda 54 kq çəki dərəcəsində fərdi kateqoriyada 152 kq nəticə göstərərək qızıl medal qazanıb. Həmçinin Ceyhun Mahmudov ümumi kateqoriyada 3 cəhdin -142 kq,147 kq, 152 kq cəmində 441 kq nəticə göstərərək, daha bir qızıl medal əldə edib. Bu qalibiyyət idmançıya 2023-cü ilin avqust ayında parapauerliftinq idman növü üzrə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına lisenziya qazandırıb.

Son xəbərlər

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Dünən, 09:37

Xəstəxana direktoru vəzifəsindən azad edildi

Bütün xəbərlər
Dünən, 09:08

Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır

Bütün xəbərlər
Dünən, 00:01

3 noyabr 2020: Vətən müharibəsinin 38-ci günü

Bütün xəbərlər
02 noyabr 2026, 17:05

Astarada fermerlər naringi sata bilmir: Qiymət 60 qəpiyə düşüb

Bütün xəbərlər
02 noyabr 2026, 16:32

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Bütün xəbərlər
02 noyabr 2026, 15:50

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Kriminal
02 noyabr 2026, 15:10

Cəlilabadda anasının evinə basqın edərək onu döyən bloqer saxlanıldı

Bütün xəbərlər
02 noyabr 2026, 14:33

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
02 noyabr 2026, 14:00

Lerikli şəhid qardaşların xatirəsi anılır

Oxşar xəbərlər