Bakı şəhərində taekvondo üzrə Ümid və Alpman klubunun təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında açıq Respublika birinciliyi keçirilib.
Cenublu.az xəbər verir ki, yarışda "Təhsil" RİM-nin Lənkəran şəhər UGİŞM-nin taekvondoçularından gənclər arasında Leyla Kərimova (44 kq) 1-ci yerə, Əli Əliyev (45 kq) 2-ci yerə, Elmir Əliyev (73 kq) isə 3-cü yerə layiq görülüblər.
Yeniyetmələr arasında isə Cahid Əliyev (49 kq) 2-ci yeri qazanıb.
Birincilikdə Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və İran idmançıları iştirak ediblər.
Sonda qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.