Astarada həyat yoldaşını odun parçası ilə döyən 1996-cı il təvəllüdlü Fəxri Məmmədkazımov məhkəmə qarşısına çıxarılıb.
Hadisəyə "TikTok"dakı canlı yayım səbəb olub. Belə ki, Fəxri canlı yayım açan qadınlardan birinə "gül" hədiyyəsi göndərib. Buna əsəbiləşən həyat yoldaşı internet kabelini elektrik yuvasından çıxarıb.
Ər isə yerdən götürdüyü odun parçası ilə qadının qoluna zərbə endirib. Nəticədə qadının sol qolunda iki sümük sınığı yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılıb. Astara Rayon Məhkəməsinin hökmü ilə Fəxri Məmmədkazımovun azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb.
Məhkəmə onun etirafını və həyat yoldaşı ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Qeyd edək ki, ad və soyadlar şərtidir.
Mənbə: xitab24.аz