Boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında lənkəranlı şagirdlər fərqləniblər.
Cenublu.az xəbər verir ki, Lənkəran V.Həsənov adına Liman şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Qardaş Rəhimov və Fərid Quliyev medal qazanıblar.
Qardaş Rəhimov 44 kq çəki dərəcəsində 1-ci yer tutaraq qızıl, Fərid Quliyev isə 46 kq çəki dərəcəsində 3-cü yer tutaraq bürünc medal əldə ediblər.
Adıçəkilən boksçular məşqçi Orxan Cəbiyevin yetirmələridirlər.