Bu gün Vətən müharibəsi şəhidimiz – Fərid Quliyevini ad günüdür.
Fərid Ayazxan oğlu Quliyev 1994-cü il oktyabrın 28-də Cəlilabad rayonunun Babalı kəndində anadan olub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Fərid Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub.
"Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.