Lənkəran şəhərinin 28 May küçəsində yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Cenublu.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, küçədəki yolun vəziyyəti xüsusilə yağışlı havalarda hərəkəti çətinləşdirir. Məktəblilər və tələbələr dərsə gedərkən palçığa batır, sürüşkən yol isə yıxılma təhlükəsi yaradır. Ərazidə yaşayan yaşlı insanlar da bu vəziyyətdən əziyyət çəkirlər.
Şikayətçilər aidiyyəti qurumlardan mövcud yol probleminin aradan qaldırılmasını və sakinlər üçün normal şərait yaradılmasını xahiş edirlər.