Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
Belə ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatını itirib.
Məlumata görə, vəfat edən məktəblinin anası 3 il əvvəl qəzada dünyasını dəyişib. Onun atası Salyanda yaşayır. Mərhum Bakıda xalası ilə birgə yaşayırmış.
Şahidlərin sözlərinə görə, o, hadisədən öncə anasının şəklinə baxaraq onun yanına getmək istədiyini, sinif yoldaşlarına özünü öldürəcəyini deyib.
Mənbə: oxu.аz