Bu gün qəhrəman şəhid Tofiq Ağaquliyevin xatirəsi yad edilir.
Tofiq Ağaquliyev 2000-ci il dekabrın 1-də Cəlilabad şəhərində anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tofiq Ağaquliyev 28 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.